Şəkildəki bu uşaq o vaxt hələ çoxlarının tanımadığı Rəşad Sadıqovdu. Onda 14 yaşı vardı. Yanındakı isə məşqçisi Vaqif Paşayevdi. Sadıqov Azərbaycanın yeniyetmələrdən ibarət komandasının heyətində turnirdə iştirak üçün "Dumanlı albion"a gedib. Daha sonralar Rəşad böyüyəcək və təkcə artıq millinin də deyil, Azərbaycan futbolunun liderlərindən birinə çevriləcək.
Xəbərçi.az bildirir ki, şəkil "Futbol+" qəzetinin arxivindən götürülüb.