Qurban Qurbanovdan daha bir istefa qərarı

Qurban Qurbanovdan daha bir istefa qərarı

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verib.

Xeberci.az xəbər verir ki, bu barədə jurnalistlərə Qurbanov özü bildirib. 

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q.Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.

Xatırladaq ki, Qurban Qurbanov bu gün Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib.


loading...