Zinəddin Zidan Madrid “Real”ının baş məşqçi postundan istefa verib.
XƏBƏRÇİ.AZ türk mətbuatına istinadən xəbər verir ki, onun bu addımı hansı səbəbdən atdığı məlum deyil.
Futbolçunun istefası bu gün keçirilən mətbuat konfransında rəsmən açıqlanıb.
Qeyd edək ki, Zidan 2016-cı ildən sözügedən vəzifəni icra edir.
Dünya şöhrətli futbolçu mətbuat konfrasında jurnalistlərə açıqlama verib:
"Gələcək mövsümdə komandanın baş məşqçisi olmayacam. Hər şey yaxşı gedən zaman belə qərar vermək qəribə görünə bilər. Amma bu komanda qazanmağa davam etməlidir. 3 ildən sonra bir dəyişiklik lazım idi. Qərarım insanlara mənasız gələ bilər, amma mənim üçün elə deyil. Həyatımın sonuna qədər "Real Madrid"ə yaxın olacağam. Bu klub mənə hər şey verdi".