Məşhur futbolçu həbs oluna bilər

Məşhur futbolçu həbs oluna bilər

İspaniyanın vergi orqanları Portuqaliya yığması və "Real"ın hücumçusu Kriştiano Ronaldonun vergidən yayınma işi üzrə həbs cəzasından yayınmaq üçün 14,7 milyon avro ödəmək haqqında təklifini rədd edib.

XƏBƏRÇİ.AZ  report-a istinadən bildirir ki, vergi xidməti istəyir ki, 33 yaşlı futbolçu borcu ilə yanaşı cərimələri, həmçinin faizləri və digər xərclər də daxil olmaqla ümumilikdə 28 milyon avro ödəsin. Ronaldu bu məbləği iyunun 15-dək ödəməlidir, əks təqdirdə Dünya çempionatı - 2018-dən sonra o, məhkəmə qarşısına çıxmalı olacaq.
 

 

Ronaldo 2011-2014-ci illərdə 14,7 milyon avro həcmində vergidən yayınmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu yaratdığı biznes qurumdan imic hüququndan əldə etdiyi gəlirləri azaltmaq məqsədi ilə istifadə edib.


loading...