Dünyanın ən məşhur idmançısı kim seçildi?

Dünyanın ən məşhur idmançısı kim seçildi?

XƏBƏRÇİ.AZ - ın məlumatına görə “Real Madrid”in məşhur ulduz futbolçusu və “Ballon d’Or” üzrə beş qat çempion olan Kriştiano Ronaldo sosial mediada izlənməsinə və axtarış sayına görə dünyanın ən populyar idmançısı seçilib. Bu, ESPN kanalının hazırladığı siyahıda əks olunub.

Üç dəfə NBA çempionu olan Lebron Ceyms isə bu siyahıda ikinci sırada yer alıb. “Barcelona” futbol komandasının məşhur ulduzu Leonel Messi üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən bahalı futbolçusu ünvanını alıb, 261 min dollarla “Barcelona”dan “Paris St Germain”ə keçən Neymar dördüncü sıradadır.

Siyahının beşinci sırasında isə tennis tarixinin məşhur oyunçusu Suis Roger Federer, NBA ulduzu Kevin Durant və İspan rəqibi Rafa Nadal olub.


loading...