Messi və Ronaldu ölümlə hədələndi

Messi və Ronaldu ölümlə hədələndi

İŞİD terror qruplaşması dünya futbol ulduzları argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldunu öldürməklə hədələyib.

XƏBƏRÇİ.AZ  Oxu.Az- a istinadən xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri yazır.

Bildirilir ki, yaraqlılar bununla bağlı plakat da hazırlayıblar. Plakatın altında “Qələbə bizim olacaq” sözləri yazılıb.

Nəşr qeyd edir ki, ekstremistlər Rusiyada keçiriləcək dünya çempionatında terror aktları planlaşdırıblar.


loading...