
XƏBƏRÇİ.AZ xəbər verir ki, çempion olmaq üçün mübarizə aparan “Fənərbağça” səfər matçında “Karabükspor”la qarşılaşıb.
Belə ki, “Sarı-lacivərdlilər” rəqibinə heç bir şans verməyib və 7 qol vuraraq böyük hesabla qalib gəlib.
Bu qələbədən sonra 2-ci pillədəki yerini qoruyan “Fənərbağça”, hazırda “Qalatasaray”dan 3 xal geri qalır. Hər iki komandanın top fərqi isə 41-dir. “Fənərbağça” əzəli rəqibinin son turda məğlub olmasını gözləyəcək.“Karabükspor” - “Fənərbaxça” - 0:7
Qollar: Kravçenko, 2 (avtoqol), Fernandao, 20, 29, Şaşeşu, 38, Soldado, 47, Dirar, 47, Yanssen, 90+5