“Real Madrid” - “Liverpul” matçını Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq

“Real Madrid” - “Liverpul” matçını Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq

 

Mayın 26-da İspaniyanın "Real Madrid” və İngiltərənin "Liverpul” komanaları arasında keçiriləcək Çempionlar Liqasının final matçını televiziya vasitəsilə Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq.

XƏBƏRÇİ.AZ AZXEBER.COM-a istinadən  xəbər verir ki, bunun üçün arenanın kənarında böyük monitor quraşdırılacaq. Qiyməti 5 – 10 manat təşil edəcək biletləri oyun günü stadionda satışda olacaq. Giriş saat 20:30-a təyin edilib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

   

 


loading...