Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatdı

Bakıda Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatıb.
Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatdı

Bakıda Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatıb.

XƏBƏRÇİ.AZ-ın məlumatına görə, bu mərhələdə ən yüksək nəticəni 1:44.242 dəqiqə ilə finlandiyalı Valtteri Bottas ("Mercedes") göstərib.

İkinci nəticə "Red Bull" pilotu Daniel Rikkiardo (1:44.277), üçüncü nəticə isə "Force India" pilotu Serxio Peresə (1:45.075) aiddir.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların birinci sərbəst yürüşü başlayıb.

Sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar

Bu gün saat 13:00-da Formula 1 pilotları Bakı Şəhər Halqasında sərbəst yürüşlərin ilk mərhələsi başlayıblar. Yürüşlərdə 10 komandadan 20 pilot iştirak edəcək. Səbəst yürüşlər iki mərhələdə keçiriləcək. 

Qeyd edək ki, komandalardan "Mercedes"in heyətində Luis Hamilton və Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo və Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres və Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll və Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq və Karlos Sayns, "Toro Rosso"nun heyətində Pyer Qasli və Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan və Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso və Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler yarışacaqlar.

Qeyd edək ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.

Komanda hesabında hələlik "Mersedes" komandanı 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür.


loading...