Ötən gün UEFA Avropa Liqasının yarımfinal matçında İngiltərənin "Arsenal” klubu ilə İspaniyanın "Atletiko Madrid” komandası qarşılaşıb.
Oyun zamanı "Arsenal”ın heyətində çıxış edən Məsud Özilin hərəkəti azarkeşlərin rəğbətini qazanıb.
Belə ki, Özil topu küncdən oyuna daxil etmək istəyən zaman ispan fanatlar ona çörək atıblar. Özil isə çörəyi 3 dəfə öpərək stadiondan kənara qoyub.