“Formula-1” Azərbaycan Qran-Prisi başlayır

“Formula-1” Azərbaycan Qran-Prisi başlayır Bu gün Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi başlayır.   XƏBƏRÇİ.AZ xəbər verir ki, Azərbaycan paytaxtında ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.   İlk mərhələ “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq.   Mövsümün 4-cü sınağında, saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.   İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu “Jamiroquai” konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakilə əyləncə proqramı baş tutacaq.
loading...