“Formula-1” pilotu: "Özümüzü tısbağa kimi hiss edirik"

“Formula-1” pilotu: "Özümüzü tısbağa kimi hiss edirik" Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Formula-1" iştirakçılarından olan "Toro Rosso" komandasının pilotlarının iştirakı ilə görüş keçirilib.   Fansalı Pyer Qasli və yeni zelandiyalı Brendon Hartli tələbələrın suallarını cavablandırıb.   B.Hartli Azərbaycan Qran-Prisində maksimal sürətin saatda 380 km olacağını bildirib.   Hartli onu da qeyd edib ki, avtomobildə olanda özlərini heyvan kimi hiss edirlər. Çünki bütün hisslər unudulur.   Bu yerdə P.Qasli qeyd edib ki, özlərini tısbağa kimi hiss edirlər.   Qasli Pits qızların bu ildən "Formula-1" yarışlarından uzaqlaşdırılmasına da münasibət bildirib:   "Brendon evlidir. Ona görə də onun üçün fərqi yoxdur. Amma mən subayam. Mən Pits qızlarına öyrəşmişdim. Onlar "Formula-1"-ə qlamurluq gətirirdilər. Qızların yarışlardan çıxarılması heç də yaxşı olmadı".  
loading...