Sərbəst güləş üzrə millimiz ABŞ-da keçiriləcək dünya kubokuna yollanır.
XƏBƏRÇİ.AZ məlumat verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov brifinq keçirib.
O bildirib ki, rəqiblərimiz dəyişib:
“Aprel şəhidlərimizə görə dünya kubokunu üçüncü dəfə Bakıya gətirmək istəyirik. Ora iddialı yollanırıq. Rəqiblərimizdən ikisinin dəyişdiyini bilirsiniz. Rusiyaya viza verilməyib. İranda federasiya prezidenti dəyişdiyi üçün turnirə qatılmayıb. Qrupumuzda Rusiyanın yerinə ya Hindistan, ya da Monqolustan mübarizə aparacaq”.
O həmçinin bildirib ki, cəzası bu ay başa çatacaq Toğrul Əsgərov Avropa çempionatında iştirak edə bilər. Ancaq bunun üçün o, hazır formada olmalıdır.