
"Qarabağ”ın oyunçusu, millimizin üzvü Mahir Mədətov Azərbaycan futbol tarixinə düşüb. Xeberci.az xəbər verir ki, bu barədə AFFA-nın feysbuk hesabında məlumat verilib. Bildirilib ki, milli komandamızın hücumçusu "Nike"la sponsorluq müqaviləsi imzalayıb. Bununla da o, bu şirkətlə fərdi anlaşma imzalayan ilk azərbaycanlı futbolçu olub.