Bu gün FİFA-nın milli komandalar reytinqi açıqlanıb.
Xəbərçi.az goal.az-a istiandən məlumat verir ki, DÇ-2018-in pley-off matçları, həmçinin yığmaların iştirakı ilə baş tutan digər qarşılaşmalar reytinqdə müəyyən dəyişikliklərə səbəb olub. Azərbaycan millisi oktyabrdakı mövqeyini itirib. Ötən ay heç bir matça çıxmayan komandamız 281 xalla 117-cidir.
KXDR, Qırğızıstan, Bəhreyn milliləri xal hesablarını artırmaqla yığmamızı arxada qoyub.