
Məlum olduğu kimi, ötən axşam Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" "Qarabağ"ın qonağı olub.
Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, matçda Ağdam təmsilçisinini azarkeşləri möhtəşəm xoreoqrafiya nümayiş etdiriblər. Bakı Olimpiya Stadionunda (BOS) baş tutan, bütün biletlərinin satıldığı oyunda qadın azarkeşlər xüsusi diqqət çəkib.
Azarkeş kimi BOS-a Bakıda yaşayan ingilislərdən tutmuş, "Qarabağ" sevgisinə yığışmış qadınlar da gəlib.
Xanım azarkeşlərin həyəcanını əks etdirən fotoları təqdim edirik:



















