Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Xəbərçi.az-a bildirilib ki, gün ərzində yarımadanın

bəzi yerlərində  arabir  çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12° isti, gündüz  15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   75-85 % olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas  insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

 


loading...