Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

ETSN-dən Xəbərçi.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  9-11° isti, gündüz  15-18° isti olacağı gözlənilir.

Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.


loading...