DİQQƏT! Bu toyuq ətləri təhlükə saçır

DİQQƏT! Bu toyuq ətləri təhlükə saçır "Binaların arasında, ara küçələrdə açıq şəkildə toyuq ətlərinin satılmasından ən çox broyler fabrikləri qayğılanır”.    Kənd toyuğu adı ilə küçədə, yol kənarlarında satılan kəsilmiş toyuq ətləri haqqında danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.    O bildirib ki, böyük broyler fabrikləri həmin toyuqlarda xəstəliklər olduğunu iddia edirlər:   "Hazırda Azad İstehlakçılar Birliyi (AİB) bunu ciddi şəkildə araşdırır. Biz hazırlaşırıq ki, həmin toyuqların qanını xaricə, analizə göndərək. Həmin toyuqlara nə vaxt antibiotik vurulması haqqında da məlumat yoxdur. İstisna olunmur ki, onların bədənində baytarlıq dərmanlarının qalıqlar var. Lakin baytarlar əhalinin inamını tamamilə itirdiyinə görə, insanlar gözü ilə gördüyü qidaları almaq istəyir. Ona görə, bu şəkildə satılan toyuqlara tələbat yaranır.   Bu cür toyuq satan kiçik və böyük təsərrüfatlar var. Lakin bu cür biznes böyük quşçuluq təsərrüfatlarına problem yarada bilər. Əhali isə bunu heç də təhlükəsiz qida hesab etməməlidir. Bunun üzərində araşdırma aparıb, nəticələr haqqında mətbuata məlumat verəcəyik”. şərq.az
loading...