“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı

“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı

“Jara-2019” beynəlxalq musiqi festivalında iştirak edəcək müğənnilərin adları açıqlanıb.

Xeberci.az festivalın rəsmi "Instagram" hesabına istinadən xəbər verir ki, dördgünlük musiqi marafonun ilk günü – 25 iyulda səhnədə Filipp Kirkorov, Loboda, Emin, Olqa Buzova, Burito, Monatik, NK kimi məşhur müğənnilər çıxış edəcək.

Festivalın ikinci günü “Lyube” qrupunun 30 illiyinə həsr olunacaq.

Həmçinin, səhnədə Filipp Kirkorov, Mitya Fomin, Viktoriya Dayneko, Alyona Apina, Nataşa Korolyova, “Qorod 312”, “Ruki vverx”, Hi-Fi, “Diskoteka Avariya”, “Na-Na”  “Otpetıye moşenniki” “İvanuşki international”, “Fabrika” qrupları da olacaq.

İyulun 27-si isə Rusiyanın məşhur ulduzu Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək.

“Jara-2019”un final günündə isə - Jah Khalib, HammaAli & Navai, Lyoşa Svik, Tima Belorusskix, CYGO, “Black star” leybl altında fəaliyyət göstərən məşhurların səhnədə ulduzları coşduracaq.

Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildən keçirilir.
 


loading...