Almaniyanın Bedburq şəhərində yerləşən “Barbaraştrasse” qaçqın düşərgəsində Azərbaycandan gəlmiş miqrant bir nəfəri “çox səs-küylü” sekslə məşğul olduğu üçün bıçaqlayıb. Bu hadisə ilə bağlı cinayət işi hazırda Köln dairə məhkəməsində araşdırılmaqdadır.
Xeberci.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə alman mətbuatı yazıb.
42 yaşlı azərbaycanlı miqrant Məmmədov qonşu otaqdan gələn səs-küyə görə gecə öz otağında yata bilmirmiş. Qonşu otaqda bir qız yaşayırmış.
Dəhlizə çıxaraq, o, yarıçılpaq kişini görüb və qışqırmağa başlayıb: “Sən kimsən? Nəyə görə çılpaqsan və burada nə edirsən?” Məmmədovdan qorxmuş kişi geriyə - qızın otağına daxil olub, lakin qəzəbli Məmmədov da onun ardınca gedib.
Divanda oturmuş kişiyə Məmmədov üç bıçaq zərbəsi vurub. Səs-küyə otağın sahibəsi olan qız vanna otağından çıxıb. Azərbaycanlı miqrant isə dəhlizdəki pilləkənin yanında gözləyirmiş.
Yaralı alman qızla birlikdə otaqdan çıxdıqdan sonra Məmmədov onları izləməyə başlayıb və deyib ki, onu bir də burada görsə, öldürəcək. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Bu, müştərim üçün uğursuz gün idi. O, sərxoş imiş və qonşu qızın otağına daxil olmuş çılpaq kişini görüb. Onu öldürmək istəməyib”, - məhkəmədə Məmmədovun vəkili Mario Geyeniç deyib.
Məhkəmədə ifadə vermiş Məmmədov qeyd edib ki, Almaniyaya 2015-ci ildə gəlib. Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışırmış.