Tanınmış rejissor, ATV-də yayımlanan "V element" layihəsinin rəhbəri və aparıcısı Ranar Musayevə AzTV-də vəzifə verilib.
Xeberci.az baku.ws-ə istinadən əldə etdiyi məlumata görə, o, dövlət televiziyasında bədii rəhbər vəzifəsini icra etməyə başlayıb.
Sözügedən məsələ ilə bağlı R. Musayevlə əlaqə saxlanılıb. Rejissor yayılan xəbərləri təsdiqlədi.
R. Musayev 2013-2016-cı illərdə ATV-nin bədii rəhbəri vəzifəsini icra edib. Bundan əlavə, o, "Fort Boyard" layihəsinin kreativ prodüseri, "Türkvision-2013" mahnı müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri və kreativ prodüseri, "Bakı Avropa Oyunları-2015"də təşkil olunan paradın və konsertin, 2018-ci ildə keçirilən "Formula 1" avtomobil yarışının açılış mərasiminin, Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasiminin, Dövlət məzun gününün konsertinin quruluşçu rejissoru qismində çıxış edib.