Türkiyədə dəhşətli cinayət - Əvvəl sevgilisini, sonra özünü vurdu - VİDEO

Türkiyədə dəhşətli cinayət - Əvvəl sevgilisini, sonra özünü vurdu - VİDEO

Türkiyənin Muğla vilayətində dəhşətli cinayət kameralara düşüb. 

Xeberci.az “İHA” agentliyinə istinadən xəbər verir ki, Fəthiyə rayonunda bir nəfər restoranlardan birində əyləşən qıza atəş açdıqdan sonra intihar edib. 

Məlum olub ki, hadisəni törədən şəxs 44 yaşlı Serdal İncedayı, onun güllələdiyi isə 20 yaşlı sevgilisi Fatma Tanqazdır. 

S.İncedayı sevgilisinə yeddi dəfə atəş açıb. Gənc qız xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 


loading...