Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.
Xeberci.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə", "ğ", "ö", "ü" işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
Qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.