Aprel qazisi: "Xoşqədəm və Zaur verilişə çıxmaq üçün məndən 500 manat pul istədilər...”

Aprel qazisi: "Xoşqədəm və Zaur verilişə çıxmaq üçün məndən 500 manat pul istədilər...”

Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil baş gizir Əzimov Elşən Balaxan oğlu Moderator.az-a danışarkən aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev haqqında ciddi ittihamlar səsləndirib. Qazi bildirib ki, müalicəsinə görə, maddi dəstəyə ehtiyacı olduğu üçün X.Hidayətqızının və Z.Baxşəliyevin verilişinə çıxmaq niyyəti olub. Bununla bağlı Z.Baxşəliyevin verilişinə zəng vuran qaziyə bildirilib ki, efirə çıxmaq üçün ödəniş etməlidir:

"Zaur Baxşəliyevin verilişində təqdim etdiyi nömrəyə zəng vurub efirə çıxmaq istədiyimi dedim. Dəstəyə cavab verən qız bunun üçün 500 manat ödəniş etməli olacağımı bildirdi. Dedim ki, efirə çıxım yığılan puldan götürərsiniz, amma razı olmadılar”.    Bundan sonra X.Hidayətqızına zəng vuran qaziyə bildirilib ki, qeydiyyata alınıb, çağırılacaq:    "Xoşqədəm Hidayətqızına zəng vurdum. Növbəyə yazıldığımı bildirsə də, sonradan edilən dəfələrlə telefon zənglərinə cavab vermir, ya da biləndə ki, zəng vuran mənəm telefonu söndürür. Bunlar özlərini xalqa elə göstərirlər ki, guya kiməsə kömək edirlər. Buyursunlar, köməyə ehtiyacı olanlardan biri də mənəm, gör heç verilişə çağırırlarmı?”.    Xatırladaq ki, baş gizir Elşən Əzimov 16 il orduda xidmət edib. 2016-cı il aprel döyüşləri zamanı Lələ təpə yaxınlığında kontuziya alıb. Ayaqları tutulan qazi mütəmadi olaraq müalicə olunduğunu və bunun üçün maddi imkanının olmadığını bildirib. Qazimiz ailəlidir və 4 övladı var.    Allah şəfa versin!
loading...