Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub.
Xeberci.az Unikal.org-a istinadən xəbər verir ki, o, paytaxtın özəl klinikalardan birinə yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.
Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtıq 9 millimetrdən 30 millimetrə qədər artıb.
Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Dünən xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli Osmanbəyli tərəfindən yenidən əməliyyat olunub.
Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir.