Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ

Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan uşaq bağçalarına xəbərdarlıq edib.

Xeberci.az xəbər verir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları) rəhbərliyinə ünvanladığı telefonoqramda bildirilir. 

Telefonoqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunub:

“Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var. Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur”.


loading...