Bir neçə gün öncə Azərbaycan xalqı daha bir şəhid xəbəri ilə sarsıldı. Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firudin oğlu şəhid oldu.
2 gündür ki, sosial şəbəkələrdə şəhidimizin atası Firudin bəyin ürəkparçalayan görüntüləri yayımlanır. Üzündəki kədəri, oğul dərdindən bükülmüş beli ilə göz önünündən getməyən o sima bizə digər şəhid atalarını xatırladır.
Hansı ki, müxtəlif zamanlarda onlar da bu acını yaşayıb.
Xəbərçi.az yaddaşlarda iz qoyun həmin şəhid atalarının fotolarını təqdim edir