Bakıda avtobus özbaşınalığı - VİDEO

Bakıda avtobus özbaşınalığı - VİDEO

Bakıda avtobus sürücülərinin davamlı olaraq qayda pozuntuları törətməsi haqda mediada kifayət qədər yazılıb. Amma problem hələ də öz həllini tapmır.

Xəbərçi.az bildirir ki, bu haqda qafqazinfo-ya daha bir müraciət daxil olub. 

Redaksiyaya videofakt da təqdim edən oxucu bildirib ki, görüntülər bu gün səhər saatlarında Zabrat – Koroğlu yolunda qeydə alınıb. Videoda aydın görünür ki, iki avtobus - 131 və 172 saylı avtobuslar yolun əks istiqamətində yüksək sürətlə hərəkət edir. Hər iki avtobus sərnişinlə doludur, qapıları açıqdır və qapılardan da sərnişinlər sallanıb. 

Müraciət edən şəxs deyir ki, bu hala nə aidiyyəti qurumlar, nə də yol polisləri müdaxilə edir.

Həmin videonu təqdim edirik:


loading...