Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib. Xəbərçi.az report-a istinadən bildirir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib.
Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək, özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Report-un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.