Rusiyanın paytaxtı Moskvada 8-ci məscid açılıb.
XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramazan bayramına təsadüf edən açılış mərasimini Rusiyanın baş müftisi Ravil Qavinuttin həyata keçirib.
Mərasimdə “Quran” oxunub, ilahilər səslənib və İslama aid fotolar sərgilənib.
Qeyd edək ki, 400 kvadrat metr ərazisi olan məsciddə 450 nəfər ibadət edə biləcək. Məsciddə tədbirlər keçirmək üçün bir neçə zal da mövcuddur.