Bu gün Azərbaycanda Ramazan və Qurtuluş Günü qeyd olunur.
XƏBƏRÇİ.AZ -ın məlumatına görə, Ramazanla bağlı bayram namazları iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Təzə Pir məscidində bayram namazına qatılacağı gözlənilir.
1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Xatırladaq ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən 5 gün qeyri-iş günü olacaq. Ayın 20-dən isə iş günü elan edilib.