Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
XƏBƏRÇİ.AZ məlumat verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən BiG.AZ-a bildirilib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.