"Bu gündən etibarən işdən çıxdım. Artıq evdəyəm və işsizəm".
XƏBƏRÇİ.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Nəsimi Paşayev hələlik heç bir yerdən iş təklifi almadığını da bildirib. Qeyd edək ki, Nəsimi Paşayev mayın 15-də "Facebook" səhifəsində məlumat paylaşaraq, ayın sonundan işdən ayrılacağını bildirmişdi.