
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik müzakirə edilib.
XƏBƏRÇİ.AZ -ın məlumatına görə, komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçən iclasda layihə barədə məlumat verilib.
Layihə Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A”, "B” və "C” kateqoriyaları ilə yanaşı "B1” və "C1” altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.