"Əlağa Hüseynov bu dövlətin inkişafı üçün çalışan, Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərən bir deputatdır və onun haqqında mətbuatda aparılan şər-böhtan kampaniyası məqsədli şəkildə tirajlanır”.
XƏBƏRÇİ.AZ xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yaxın qohumu, millət vəkili Əlağa Hüseynovun jurnalisti təhqir etməsinə və mətbuatda ittiham olunmasına münasibət bildirərkən belə deyib.
"Əlağa Hüseynov fəraridir, orduda olmayıb” itihamlarına cavab verən E.Məmmədov qeyd edib ki, Əlağa Hüseynov həyatının böyük hissəsini hərbi sahədə keçirib: "Uzun illər Respublikanın Hərbi Komissarı olub. İstefada olan generaldı. Belə bir adama demək ki, fəraridir, orduda olmayıb, gülünc ittihamdır və həmin adamların ən azı məntiqsiz olduqlarını ortaya qoyur. Bu qədər yalan danışmaq olmaz, Vallah”.
Qardaşıoğlu Anar Məmmədovun Türkiyənin Bodrum şəhərində türk müğənni Hadisəyə mülk bağışlamasından danışan sabiq millət vəkili bunu da uydurma adlandılrıb: "Ziya müəllimin, mənim, onun və mənim övladlarımın haqqında olmazın şaiyələr uydurur, ağızlarına gələni yazırlar. Bunlar hamısı yalandır, şərdir, böhtandır, məqsədli şəkildə təşkil olunan qara-piardır. Nə hadisə, hansı Hadisə, nə "plyaj”, hansı "plyaj” ?!”.