Əcnəbi vətəndaşların viza almağı asanlaşdı

Əcnəbi vətəndaşların viza almağı asanlaşdı

Bu gündən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

XƏBƏRÇİ.AZ Dövlət Agentliyinin saytına istinadən xəbər verir ki, artıq hava limanında ilk viza almış əcnəbilərə simvolik olaraq hədiyyələr təqdim olunub. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək. Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş passportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

 


loading...