Prezident və birinci vitse-prezident yeni məktəbin açılışında

Prezident və birinci vitse-prezident yeni məktəbin açılışında

Bu gün Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər və burada yaradılan şəraitlə tanış oldular.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib.


loading...