Aptekdən alınan uşaq qidası xarab çıxdı

Aptekdən alınan uşaq qidası xarab çıxdı

XƏBƏRÇİ.AZ məlumat verir ki, tanınmış aparıcı və bu yaxınlarda ata olan İlkin Həsəni bu barədə informasiya  yayıb. İki aylıq qızı üçün "Aptamil" uşaq qidası alan aparıcı onun yararsız olduğunu görüb. Qidanı aldığı aptekə qaytarmaq istəsə də buna nail ola bilməyib. Valideynləri diqqətli olmağa çağıran Həsəni "Facebook" hesabında bunları yazıb: 

“Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən “Mərkəzi Aptek”dən Almaniya istehsalı olan “Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı”.

Həsəni bildirib ki, qutu bir neçə gün aptekdə qalsa da, aptekin işçiləri hər şeyin qaydasında olduğunu deyiblər:

“Qutu bir neçə gün aptekdə qaldıqdan sonra “Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.

İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”


loading...