Əfv Komissiyasının iclasları hələ yekunlaşmayıb.
XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Əfv Məsələləri Komissiyasının üzvü, deputat Elmira Axundova məlumat verib. O qeyd edib ki, Komissiyanın qarşıdakı günlərdə daha 2-3 iclası baş tutmalıdır:
“Bundan sonra iclasların yekunu ilə bağlı son qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək”.
Qeyd edək ki, mayın sonunda böyük əfv gözlənilir.