Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bəzi yollarda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
XƏBƏRÇİ.AZ “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir ki, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.