“Avrasiya Construction LTD” MMC Bakı şəhəri Nəsimi rayonu Feyzulla Qasımzadə, Mirəli Qaşqay, akademik Mirəsədulla Mirqasımov küçələrinin və Azadlıq prospektinin kəsişmələrində pilot layihə həyata keçirtməkdədi. Bütün işlər Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli, 86 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Şirkət hazırda tikinti ərazisinə aid bütün sakinləri köçürüb, tikinti ərazisini hasarlayıb, tikinti işlərinin ilkin mərhələsindədi.
İki ay öncə şirkət köhnə tikilələri və evləri söküb, ərazini təmizləyib və daha öncə öz təcrübəsində rast gəlmədiyi bir problem ilə üzləşib. Şirkətdən saytımıza bildirilib ki, belə ki, şirkətin ofisinə həmin əraziyə aidiyyatı olmayan və söküntü tarixindən 2 ay sonra əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlar ilə Quliyeva Dilarə Fərhad qızı müraciət edib (daşınmaz əmlaka dair çıxarışın tarixi 18 aprel 2018-ci il) və xanım öz əmlakına (zirzəmiyə görə ) dair kompensasiya tələb edib. O əmlaka dair, hansına kı sözügedən çıxarış verilməmişdən 2 ay öncə tam olaraq sökülmüşdür və sözügedən sənədin verilmə tarixinə ərazidə həmin tikili mövcud deyildir. Sözügedən əmlak isə faktiki olaraq orada yaşayan sakin tərəfindən istifadə olunurdu, şirkət tərəfindən müqavilə əsasında tam şəkildə nəzərə alınıb, sakin köçürülmüşdür. Quliyeva Dilarə Fərhad qızı tərəfindən isə hərrac əsasında əmlakın özəlləşdirilməsi orada yaşayan sakindən imtina alınandan sonra mümkün ola bilərdi.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqə saxladıq, lakin zənglərimizə cavab verilmədi, yaxın günlərdə bu barədə ətraflı məlumat verəcəyik.