Azərbaycanda 17 ana ölüb

Azərbaycanda 17 ana ölüb Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 17 ana ölümü faktı qeydə alınıb.   Xəbərçi.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.   Baş mama-ginekoloq bu sayın ötən ilin müvafiq dövrü ilə müqayisədə artmadığını da söyləyib:   "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
loading...