Lerik ərazisində zəlzələ qeydə alınıb.
XƏBƏRÇİ.AZ bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 17:08:06-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Təkanların dərinliyi 29 kilometr, maqnitudası 3,1 olub.
Zəlzələ hiss olunmayıb.