46 qızı zorladığı deyilən falçının eks həyat yoldaşı danışdı: “ O qız bakirə deyildi”-

46 qızı zorladığı deyilən falçının eks həyat yoldaşı danışdı: “ O qız bakirə deyildi”-

Xəbər verdiyimiz kimi 18-20 yaşlarında iki gənc xanım falçı Mirseymur  Mirkamil oğlu tərəfindən zorlandığını iddia ediblər. Amma mətbuatda Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim olunan falçının əsl adı Ramil Talıbov Durduxanoğludur.  

Falçının eks həyat yoldaşı Gülanə xanım XƏBƏRÇİ.AZ-a özəl müsahibə verib. Gülanə xanım Ramil Talıbovla 2014-cü ildə rəsmi şəkildə boşandığını bildirsə də, eks ərini müdafiə edib və bildirib həmin xanımlar Ramil Talıbovu şərləyirlər. Övladının atası haqda deyilənləri şər-böhtan adlandıran Gülanə xanım əlində olan səsyazısını və fotoları @xeberchi.az- a yollayıb.   Sözügedən müsahibəni təqdim edirik:

  - Deməli falçı sizin keçmiş həyat yoldaşınız olub ?   - Bəli.  

- Hal- hazırda onunla münasibətiniz necədi ?

- Normal, çünki övladımız var.  

- Nə üstə boşanmısız ?

- Xəyanət üstə boşandıq. Gördüm ki, tərgitmir, qarşısını ala bilmirəm, boşandım. 4 il ailəli olmuşuq. İndi anamgili ilə yaşayıram, o isə öz evində.  

- Amma halal olsun sizə yenə də eks ərinizi müdafiə edirsiz .

- Edirəm, uşağımın atasıdır. Həm mənim uşağım çox ayıqdı. Ona kiminsə yanında nəsə desəm başa düşür, küsür məndən baxmayaraq altı yaşı var. Artıq məktəbə də gedir, istəmirəm atasına görə utansın.  

- Həqiqətənmi yoldaşınız falçıdır ?

- Yox inşaatda işləyir, taksi sürür amma mən falçılığını görməmişəm. Yalan deyərəm. Bir qızın əlində oyuncaq olmuşuq. Şər atır. O Arzu adlı qız mənim ərimlə 3 ay sevgili olub. Məndə sübut şəkillər var. Şəkillərdə oturub yemək yeyir, şəxsən mən məni zorlayan biri ilə yemək yemərəm. Ortada 3,4,5 - ci qız yoxdu hardan oldu 46 ? Bir Arzudu digəri də onun rəfiqəsi.  

- Bəs falçı bu Arzu xanımla sevgilidisə niyə həmin xanım onu biabır edib?

- Çünki Arzuya da xəyanət edib, bu kişi bir qadınla kifayətlənən deyil. Arzu da yeni vorzakon sevgili tapıb özünə və bunu şantaj edib ki, ya bizə ayda filan qədər ver, ya da sənin başına oyun açacağıq. Arzunun rəfiqəsi İlhamə deyir üç dəfə evinə gedib, guya üçündə də eks ərim buna çay içib, bihuş edib. Bir dəfə getdin başına oyun açdı 3-cü dəfə o evdə nə işin var idi axı ? Yalandı axı ... indi bölmədən gəlirəm bu söhbətlərə görə yoldaşımı saxlayıblar. Amma Arzu yalan deyir onu tibbi ekspertizaya yolladıq deyirdi bakirəliyini mənim eks ərim pozub. Amma xeyr, o qız uşağı olmayıb, başqaları ilə də görüşübmüş. Bütün bunlarla bağlı o iki qızı məhkəməyə verəcəyik.


loading...