Azərbaycanda nümunəvi çimərlik yaradılacaq

Azərbaycanda nümunəvi çimərlik yaradılacaq

"Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq". Xəbərçi.az report-a istinadən bildirir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib: "Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər", - nazir müavini əlavə edib.

N.Səmədov deyib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda isə 100 minlik işçi heyəti mövcuddur.


loading...