Toyuna 4 gün qalmış nişanlısını öldürdü - Hakim cəzaya etiraz etdi -

Toyuna 4 gün qalmış nişanlısını öldürdü - Hakim cəzaya etiraz etdi -

İstanbulun Esenyurt rayonunda nişanlısı Ali Ayberk Kahvecini (23) bıçaqlayaraq öldürən Ayşenur Yılmaz 8 il 9 ay azadlıqdan məhrum edilib.

XƏBƏRÇİ.AZ milli.az- a istinadən xəbər verir ki, hakim "Təqsirkar döyüldüyü zaman özünü sadəcə bıçaqla müdafiə etmək istəyib" deyərək qərara etiraz edib.

Təqsirli şəxs Ayşenur Yılmaz ilk prosesdə bunları deyib: "Ali Ayberk Kahveci ilə 1.5 il idi nişanlıydıq. Toyumuza 4 gün qalmışdı. Cehizim getmişdi. Hadisə günü telefonuna gec cavab verdiyim üçün mənə qışqırdı. Mənə söyüş söydü. Mən də telefonu üzünə söndürdüm. Yenə zəng etdi, ancaq cavab vermədim. Bizə gəldi, məni çatan kimi döyməyə başladı. Mən də o an mətbəxdəki bıçağı götürdüm. Özümü müdafiə etmək istəyirdim"


loading...