Lövhələr təmizləndi, təbliğat dayandı

Lövhələr təmizləndi, təbliğat dayandı

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bu gün saat 08.00-da kampaniya dayandırılıb. Təşviqat lövhələrində namizədlərin fotoları yığışdırılıb.


loading...