Ata əqli qüsürlu oğlunu 20 ildir qəfəsdə saxlayırmış ŞOK - VİDEO

Ata əqli qüsürlu oğlunu 20 ildir  qəfəsdə saxlayırmış ŞOK - VİDEO Yaponiyada əqli qüsurlu oğlunu 16 yaşından etibarən, 20 ildir 1 metr yüksəklikdə olan qəfəsdə saxlayan ata saxlanılıb.   XƏBƏRÇİ.AZ Milli.Az-a istinadən xəbər verir ki, Yoşitane Yamasaki adlı 73 yaşlı şəxs oğlunu Sanda şəhərindəki evinin yanındakı köhnə fabrikdəki qəfəsdə 20 ildən çoxdur saxladığı iddiası ilə tutulub.     Yamasakinin arvadına ölmədən öncə baxan tibb işçisi yanvar ayında məsələni səlahiyyətlilərə bildirdikdən sonra hərəkətə keçən polisin hadisə ilə bağlı araşdırmaya başladığı deyilir.   Polislər atanın 16 yaşından bu yana qəfəsdə saxladığı oğluna hər gün yemək verdiyini və bir gündən bir çimməyinə icazə verdiyi qeyd edilir.     42 yaşlı övladın müalicə məqsədi ilə dövlət tərəfindən himayəyə götürüldüyü deyilir.  
loading...