
Türkiyədə universitetə silahlı hücum olub.
XƏBƏRÇİ.AZ xəbər verir ki, Eskişehir Osmanqazı Universitetinə edilən basqın zamanı 4 təhsil işçisi ölüb. Hadisə yerindən qaçmaq istəyən Volkan adlı cinayətkar universitetin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən tutularaq polisə təhvil verilib.
Onun daha əvvəl sözügüdən təhsil ocağında çalışdığı, FETÖ üzvü olduğuna görə universitetdən ixrac edildiyi məlum olub.
QAFQAZİNF